• 104D Rəşid Behbudov, Bakı, Azərbaycan
  • (+994) 502726633

Rəşid Behbudov 104D, Bakı, Azərbaycan

B. ert. - şənbə: 10:00 - 19:00, bazar: istirahət günü

Bu gün Cənab Prezidentimizin doğum günüdür

Bu gün Cənab Prezidentimizin doğum günüdür

17 avqust 2017 prezident.jpg

Hörmətli, Möhtərəm Prezident Əliyev Cənabları!

Biz Sizi Azərbaycan xalqının inkişafına və rifahına yönəlmiş ölçülüb-biçilmiş siyasət yürüdən müdrik dövlət başçısı və ölkəsinin əsl vətənpərvəri kimi tanıyırıq. Biz əminik ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək. Bütün sahələrdə uğurlara imza atmış bir dövlət xadimi kimi Siz Azərbaycan Respublikasında sabitliyin və firavanlığın qarantısınız.

Sizin rəhbərliyiniz ilə ölkədə aparılan islahatlar daha geniş vüsət almış və sosial- iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni - davamlı inkişaf mərhələsinə keçidin təməli qoyulmuşdur. Sahibkarlığa dövlət dəstəyi, sahibkarların problemlərinin həlli, vasitəsilə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi Azərbaycanda bu gün həyata keçirilən iqtisadi siyasətin əsaslarından biridir.

Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi müəyyən etdiyiniz iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Möhtərəm Prezident! Sizin müdrikliyiniz, uzaqgörənliyiniz və geniş dünya görüşünüz sayəsində bu gün Azərbaycan Respublikası dinamik inkişaf edən bir dövlətdir.

Cənab Prezident! Doğum gününüz münasibətilə şirkətimiz “Dinamik Ocean”nın kollektivi və şəxsən öz adımdan Sizi səmimi qəlbdən ,ürəkdən təbrik edirəm, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm!


Hörmətlə, “Dinamik Ocean”
şirkətinin direktoru
Tərlan Abdullayev

Şərhlər

0 şərh yazılıb

Şərh göndər

© 2018, Dinamik Ocean Water Treatment.